Cahiliyyə cəmiyyətində kişilərin də tez-tez dilə gətirdikləri, qadınlar haqqındakı ümumi fikirlərdən biri, çətinliklər qarşısında lazım olan səbri və yetkinliyi göstərə bilmədikləri haqqındadır. Qadınların belə hallarda hadisələri daha da çətinləşdirdikləri, qarşılarındakı insanlara yük olduqlarını düşünürlər. Həqiqətən də bəzi qadınların təhlükə, ya da çətinliklərlə qarşılaşdıqlarında həyəcana qapılıb bacarıqsızlaşmaları, tədbirsiz davranışları, hadisələri daha da qabardıb ətraflarındakı insanları da təlaşlandırmaları mümkündür. Kişilər çox təhlükəli hadisələrlə qarşılaşdıqlarında əksəriyyəti soyuqqanlılıqlarını qoruyub, hadisələrə qorxmaz və cəsur bir tərzdə yaxınlaşa bilərkən, bəzi cahiliyyə qadınları gündəlik hadisələr qarşısında çaxnaşmaya və qorxuya qapılırlar. Bu çaxnaşma və qorxu ilə, hadisələri daha da içindən çıxılmaz bir hala gətirib, içərisində olduqları vəziyyəti daha da çətinləşdirə bilərlər. Bu səbəblə, bu cür hallarda çox vaxt kişilər, bir tərəfdən qarşılaşdıqları çətinliklərə həll etməyə çalışarkən, bir tərəfdən də yanlarındakı qadınların bu mənfi vəziyyətlərini düzəltməklə məşğul olmaq məcburiyyətində qalırlar.
Müsəlman qadınlara isə belə bir vəziyyət aid deyil. Allaha qarşı olan sevgiləri, etibarları, bağlılıqları və təslimiyyətləri onlara güclü bir cəsarət, güclü xarakter qazandırır. Allahın insanları çətinliklərlə sınayacağını, bunlar qarşısında cəsarət və təslimiyyətlə Allaha bağlılıqda dayanıqlılıq göstərənləri isə rəhmətinə qovuşduracağını bilirlər. Bu da onları daha qərarlı və şövqlü edir. Allah Quranda iman sahiblərinin bu xüsusiyyətlərini belə bildirmişdir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali İmran Surəsi, 146)
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə Surəsi, 156)
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali İmran Surəsi, 173)
Müsləman qadının bu cəsarəti, dünya həyatına dair heç bir qayğı yaşamamasından qaynaqlanır. Allaha olan dərin təslimiyyəti ve etibarı, mal ya da can qayğısı çəkməsinə mane olur. İnsanı Allah yaratmışdır ve həyatına son verəcək olan da ancaq Odur. Eyni şəkildə dünya həyatında sahib olduğu maddi-mənəvi bütün nemətləri; sağlamlığını, gəncliyini, malını, mülkünü hər şeyini özünə verən Allahdır. Bunları geri alacaq olan yenə də ancaq Allahdır. Mömin qadın, Allahın her şeyi xeyir ve hikmətlə yaratdığını bildiyi üçün, bunlardan hər hansı birinə zərər gəldiyində də, bunun Allahdan bir gözəllik və xeyir olaraq özünə qayıdacağını bilmənin rahatlığını yaşayır. Buna görə, bir təhlükə, çətinlik ya da risqlə qarşı-qarşıya qaldıqda əsla sarsılmazlar.
Bununla yanaşı, Müsəlman qadının cəsarəti onun Allahın sərhədlərini qorumaqdakı dayanıqlılığından da aydın olur. Şərtlər necə olursa-olsun, Quran əxlaqından qətiyyən geri dönməz. Allahdan başqa heç bir şeyden və heç kimdən qorxmaz; Allahın razılığına ən uyğun davranışı göstərməkdə heç tərəddüd etmədən böyük bir dayanıqlılıq göstərər. Allah iman edənlərin bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)
Aucun commentaire:
Enregistrer un commentaire