jeudi 16 février 2012

İSVEÇRƏDƏ DARVİNİST TƏLAŞ

25-27 May 2010 tarixlərində İsveçrənin Lozan, Sürix və Cenevrə şəhərlərində, Cənab Adnan Oktarı təmsil edən Dr. Oktar Babuna və Dr. Cihat Gündoğdunun iştirakı ilə “Təkamül Aldatmacası və Yaradılış Gerçəği” konfransları keçirildi. İsveçrə mediasında bir neçə həftə bundan əvvəl böyük səs-küyə səbəb olan konfranslar, Darvinist çevrələrdə çox böyük bir təlaş meydana gətirdi. Bu yaşanan təlaş, Darvinizmin bir daha geri dönüşü olmayacaq şəkildə, tarixdən silinməyə başladığının ən önəmli dəlillərindəndir.
Keçən May ayının son həftəsi İsveçrənin müxtəlif şəhərlərində reallaşdırılan “Təkamül Aldatmacası və Yaradılış Həqiqəti ” konfranslarına İsveçrənin bütün böyük qəzetləri geniş yer verdi. İsveçrə Dövlət televizoru da daxil olmaqla bir çox televizor kanalı bu konfranslara qatıldı. Xəbərlərdə, Harun Yahya təxəllüsü ilə tanınan Cənab Adnan Oktarın təkamül nəzəriyyəsinin nə qədər böyük bir yalan olduğunu ortaya qoyan əsərlərinə geniş yer verildi.

Əslində bu İsveçrə üçün ilk deyildi
İsveçrə ilk böyük şoku 2007-ci ildə Harun Yahyanın “Yaradılış Atlası” adlı əsərinin ölkənin qabaqcıl siyasətçilərinə və akademiklərinə göndərilməsi vaxtı keçirmişdi. Həmin vaxtlarda İsveçrə mediasında çıxan xəbərlər yenə Darvinistlərin çarəsizlik içində olduqlarını açıqca ortaya qoyan ifadələrlə dolu idi. Yaradılış Atlasının bütün dünyada yaratdığı şoku gözlər önünə sərən bu xəbərlər, eyni bu gün olduğu kimi, Darvinizmin bir daha qayıdışının olmayacağını , güclü bir zərbə aldığını ortaya qoyurdu.
Yaradılış həqiqətini ortaya qoyan 300 milyon fosil (qalıq) qarşısında böyük bir sükuta qərq olan, tək bir zülalın belə təsadüflər nəticəsində ortaya çıxmasının imkansız olduğunu etiraf etmək məcburiyyətində qalan və tək bir ara keçid forması belə ortaya qoya bilməmiş olan Darvinistlərin yaşadığı bu təlaş tək bir həqiqəti ortaya qoymaqdadır: Darvinizm artıq məğlub olmuşdur VƏ DARVİNİSTLƏRİN BU MƏĞLUBİYYƏTİ QƏBUL ETMƏKDƏN BAŞQA BİR YOLLARI YOXDUR.
ÇÜNKİ
Ortaya qoyulan təkamül saxtakarlıqları, təhrif olunmalar, artıq gənc zehinlərə yeridilmiş; kainatın və insanın yaradılışında təsadüflərin yeri olmayacağı gözlər önünə sərilmişdir. Təsadüflərə bel bağlayan təkamül nəzəriyyəsinin, ağıl, məntiq və sağlam fikir ilə ziddiyyəti beyinləri fəth etmişdir. Darvinist məğlubiyyətin artıq geriyə qayıdışı yoxdur. Bundan sonra alınan heç bir tədbir, heç bir qadağa, Allahın icazəsi ilə təkamülə şübhə ilə baxan insanlara təsir etməyəcəkdir.
Tarixin ən böyük elmi saxtakarlığını dəstəkləmiş olmanın utancını yaşayanlar səssizləşmiş, müdafiə güclərini, şövqlərini itirmiş insanlardır. Saxta bir nəzəriyyəyə bütün ömürlərini həsr etmənin peşmançılığı ilə yaşayan və son bir səy ilə itirdikləri etibarlarını bərpa etmək istəyənlər isə, demokratiya, fikir və etiqad azadlığı kimi təməl insan hüquqlarına əhəmiyyət verməmə vəziyyətinə gəlib çıxanlardır. Yaşadıqları təlaşın şiddətindən, təkamül nəzəriyyəsini araşdırmağı, tənqid etməyi, hətta şübhə ilə baxmağı belə qadağan etməyə cürətlənmişlərdir. İllərcə sözdə elmi müdafiə etdiklərini bildirən Darvinistlər, həqiqi üzlərini göstərməyə başlamış və ateizmə görə təkamül nəzəriyyəsinə koru koruna bağlı olduqlarını göstərərək doqmatik düşüncənin timsalı olmuşdurlar.
Heç şübhəsiz fikirdən bu cür qorxuzması, sadəcə Allahın varlığını, birliyini sübut etdiyi üçün “Təkamül Aldatmacası və Yaradılış Gerçəyi” konfranslarının və Yaradılış Atlasının təhlükəli göstərilməsi isə, bu konfranslardakı və kitabdakı mesajın doğruluğunu təsdiq etməkdədir. Bir Quran ayəsində Uca Rəbbimiz belə bildirməkdədir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya Surəsi, 18)
Darvindən bəri bütün Darvinist elm adamları insanları aldatmaqdadır. İnsanları "Elm adamı tamamilə doğru söyləyir, elm adamının söylədiyi haqqında mübahisə edilməz" yalanına inandırıb bütün həyatlarını bu yalan sistem üzərinə istiqamətləndiriblər. Elə böyük bir oyun oynanılmışdır ki, elmi həqiqətlər insanlardan gizli tutularaq onun əvəzinə yalan və saxta olan elm istifadə edilmiş, əldə edilən məlumatlar təhrif edilərək təkamül yalanına uyğunlaşdırılmağa çalışılmışdır. Əgər məlumatlar təkamül yalanına uyğun gəlmirsə o ya saxlanılmış ya da yox edilmişdir. İnsanlar illər boyunca Darvinist elm adamlarından əldə etdikləri məlumatların həqiqət olduğuna inanaraq açıq aşkar və zalımcasına aldadılmışdır.
Adnan Oktarın İsveçrənin Lozan şəhərində keçirilən konfransla əlaqədar şərhləri
Adnan Oktarın 25 May Güneydoğu Olay TV və26 May TV Kayseri və Samsun Aks TV-dəki reportajlarından

Cənab Adnan Oktarın İsveçrədəki Darvinist Təlaş Haqqındakı Şərhi
ADNAN OKTAR:Demokrat olsunlar. Fikir azadlığına açıq olsunlar, həqiqətlərə açıq olsunlar. Həqiqəti qəbul etməyi bilsinlər. Bizim edəcəyimiz şeylərin daha çox az bir qismini gördülər. Biz daha yeni başlayırıq. Hələ yeni istirahət edirik. Biz hələüç yaşında bir uşaq kimiyik. Hələ dayan görək. Belə ildırım kimi gedəcəyik Allahın icazəsiylə, ildırım inşaAllah. Bundan sonra yalan yox, dolan yox, oyun da yox. Dünyanı aldatmalarına icazə vermərik. Doğru danışacaqlar, elmlə danışacaqlar. Elmi gördüklərində yoxa çıxırlar. Yəni üzərlərinə yod damcıladılmış kimi, belədərhal dümdüz olurlar. Biz kommunistlərə demokratiyanı öyrədəcəyik. Fikir azadlığını öyrədəcəyik, mülayim olmağı öyrədəcəyik, sülhsevər olmağı öyrədəcəyik, elmlə danışmağı öyrədəcəyik, elmə hörməti öyrədəcəyik inşaAllah.
OKTAR BABUNA:inşaAllah. Xüsusilə sizin izah etdiyiniz kimi maddənin həqiqəti izah edildiyində tam olurdu inşaallah. Ona heç bir şəkildə ən kiçik etiraz belə edə bilmirlər. Darvinizm və materializmi darmadağın etmişdir. Siz də İsveçrədəki konfransda video konfransla izah etmişdiniz. İslam əxlaqının hakimiyyətini izah etdiniz. Hz. Mehdi (ə.s.)ın çıxdığını, Hz. İsa (ə.s.)ın gəldiyini və Peyğəmbərimiz (s.ə.v)in tarixlərini verdiyini də söyləmişdiniz, Qiyamətə işarət etmişdiniz inşaAllah.
ADNAN OKTAR:Baxın deyirəm ki; "İslam əxlaqı bu əsrdə hakim olacaq." Boşu boşuna mən bunu söyləyərəmmi? Lazımi qədər düşünə bilən bir insanam. Xurafatdan nifrət edən bir insanam. Öz Adım kimi əminəm inşaallah. Bir bildiyim var ki söyləyirəm. "Hz. İsa (ə.s.) gələcək" deyirəm, "gəldi" deyirəm. Bir bildiyim var ki söyləyirəm. "Hz. Mehdi (ə.s.) çıxacaq, çıxdı" deyirəm. Bir bildiyim var ki söyləyirəm. Mən isbat edə bilməyəcəyim bir şeyi heç vaxt demərəm inşaAllah. Yəni yalan çıxacaq bir sözü demərəm. Bunların hamısını görəcəklər. Bax Bədiüzzamanın ən yaxın tələbələri bu gün iclas etdilər. Bir şeylər olur. Sabah da Bədiüzzaman sərgisi başlayır inşaallah. Bunlar hamısı, bəzisi örtülü, bəzisi açıq mənəvi inkişaflardır inşaAllah.
OKTAR BABUNA:Siz konfransda bunları izah etdikdən sonra, onsuz da hiss edilə biləcək bir şəkildə salondakıların üz ifadələri dəyişmişdi . Qızıl əsri, Qızıl əsrin çox yaxın olduğunu izah etdiyinizdə əlhəmdülillah.
ADNAN OKTAR:maşallah. İndi biz niyə izah edirik? Deyirik ki; "bütü yıxdıq, bütü yerlə bir etdik." "Tamam" deyirlər, "bütü aşırtdınız, yerinə?" "Yerinə nur gətirdik" deyirik "Quranı". O zaman "əlhəmdülillah" deyirlər. O zaman əskik qalar, təbii ki, bütü yıxdıqdan sonra haqqı söyləmək lazımdır. (Hörmətli Adnan Oktarın 29 May 2010 tarixində canlı olaraq yayımlanan Kocaeli TV reportajından)
Dr. Oktar Babuna Darvinistlərin İsveçrədəki Təlaşını və Cənab Adnan Oktara Göstərilən hörməti İzah edir
OKTAR BABUNA:İsveçrənin ən böyük qəzetlərində, üç dörd həftə tək mövzu siz idiniz. Bütün İsveçrədə rezonans yaratdınız. Milyonlarla insan inşaallah. Biz bu qəzetlərdən yalnızca ikisini gətirə bildik. Ama hər gün aldığımız qəzetlər bu şəkildə idi. Min dənə pannoda... İsveçrənin ən böyük qəzetləri. Davamlı olaraq sizdən bəhs etdilər. Demək olar ki, məğlubiyyəti qəbul etmişdilər. Bütün konfranslarda əllərindən gələni etdilər. Bütün bu CERN-in işləyən ən üst səviyyəli elm adamları sizin video konfransla bağlandığınız konfransa da qatılmışdılar. Bütün alimlər, Darvinist professorlar var idi, tək bir etiraz gəlmədi. Siz bağlandığınızda çox ətraflı olaraq izah etdiniz. Bütün salon qulaq asdı, heç etiraz etmədən qulaq asdı. Biz çıxdıqdan sonra orada hələdə saqqallı Darvinist professorlar var idi. Aralarında gərgin halda söhbət edirdilər, çıxıb buraxa bilməmişdilər yığıncağı maşaAllah. Davamlı olaraq orada. Məsələn bir rahib də gəlmişdi Xristianlardan. Sizi çox sevirlər.
Orada həm Türklərdən həm digər Müsəlmanlardan proqramlarınızı və kitablarınızı izləyən çox əhəmiyyətli bir kütlə var inşaallah. Xüsusilə orada yaşayan Türklər hər gecə buradakı proqramlarınızı izlədiklərini söylədilər. Xüsusilə qeyd etməmizi söylədilər. Hal-hazırda maşallah Allah sizi vəsilə edir, əsərləriniz bütün dünyanı fəth etmişdir. O çox dəqiq bir şəkildə görülür, əzici bir şəkildə maşallah. Siz konfransa bağlandıqdan sonra, bu bir saatlıq video danışmanızla maşallah, Allah razı olsun, bütün salon tam təslim olmuşdu. Bir adam belə bir az tərpənər kimi oldu, bir şey demək istədi. Çox diqqət çəkici bir şəkildə orta yaşlı biri vardı, oturaraq dinləyirdi. Uzun müddət dinlədi sizi başını yelləyərək. Ayağa qalxaraq bütün salona döndü, "kəsin" deyə bir hərəkət etdi və bir daha heç bir etiraz olmadı.
ADNAN OKTAR: Maşallah. Demək ki Hz. Xızır (ə.s.) də orada idi inşaallah. Və yaxud onun tayfası inşaallah. (Hörmətli Adnan Oktarın 29 May 2010 tarixində canlı olaraq yayımlanan Kocaeli TV reportajından)

İsveçrədə Darvinistlərin məruz qaldıqları təxribatdan sonra İsveçrə mediasında çıxan xəbər
Adnan Oktarın 27 May 2010 tarixli Adıyaman Asu TV reportajından

Elm Əvəzinə Holiganlıq Darvinistlərin Yeganə Üsuludu
Darvinistlər elmdən qorxarlar. Elmin irəliyə sürdüyü həqiqətlərin başa düşülməsindən, öyrənilməsindən, dünyaya yayılmasından dəhşətə qapılarlar. Bunun səbəbi, hər bir elmi sübutun təkamül nəzəriyyəsini yerlə bir edib, qüvvədən salmasıdır.
Elə bu səbəbdən də Darvinistlər, heç vaxt heç kimə ELM İLƏ CAVAB VERƏ BİLMİRLƏR.
Elmi sübutlara verdikləri yeganə cavab isə Mübahisə etmək, Davakarlıqdır.
Elmi sübutların təqdim edildiyi təkamül əleyhdarı konfranslara, sübutlarla deyil yalnız AFİŞALAR VƏ SƏS-KÜY ÇIXARMAQLA ETİRAZ EDƏRLƏR.
Elmi sübutların-həqiqi daşlaşmış qalıqların-nümayiş etdirildiyi sərgiləri BAĞLATDIRMAĞA CƏHD EDƏRLƏR.
Elmi sübut təqdim edən kitabları YANDIRMAĞA ÇALIŞARLAR.
Məktəblərdə elmi sübutları uşaqlara oxutmaq istəyənləri MƏHKƏMƏYƏ VERƏRLƏR.
Hər zaman Yaradılışı müdafiə edənlərin sübut gətirərək qarşılıqlı müzakirə istəklərini dəhşət və qorxu içində rədd edər və heç vaxt özləri belə bir istəklə müraciət etməzlər.
Darvinistlər, elmi sübutlara elm ilə cavab vermək əvəzinə ZORBALIQLA, TƏCAVÜZKARLIQLA, DAVAYLA VƏ SƏS-KÜYLƏ cavab verərlər. Çünki ƏLLƏRİNDƏ ELMİ SÜBUT YOXDUR və ayaqda qala bilmək üçün bildikləri tək üsul da budur.
Hər fürsətdə demokratiya, haqq, düşüncə azadlığı kimi anlayışların arxasında gizlənən Darvinistlər, iddialarının bir yalan olduğu sübuta yetirildiyi anda hiyləgər və təcavüzkar bir hala gəlib davamlı olaraq söz etdikləri düşüncə və fikir azadlığı, söz haqqı, demokratiya kimi anlayışları yox sayarlar. Durmadan özlərinin düşüncə azadlığını müdafiə edən, demokratik, aydın düşüncəli insanlar olduqlarını iddia edər, lakin Yaradılış həqiqətini sübut edən dəlillər ortaya qoyulduğunda dərhal dözülməz hala gələr hətta davakar olarlar.
Əslində iddia mövzusunda ƏN SABİT FİKİRLİ, ƏN FANATİK, ƏN HİYLƏGƏR VƏ ƏN AZĞIN OLANLAR DARVİNİSTLƏRDİR. Çünki Darvinizm elm nəticəsidə əldə edilməyib, əksinə ELMİN YALANLADIĞI SAXTA VƏ AZĞIN BİR İNANCDIR. Elə buna görə də bu ideologiya və batil bir inanc sistemi ancaq FANATİK ÜSULLARLAQorunulur.
Darvinist diktatorluğun himayəsi altında Darvinizm uzun illərdir, bu zorba siyasəti insanlara diktə edir. Bu gün Darvinizmin dünya miqyasında dövlət təşkilatlarına hakim olmasının tək səbəbi ZORBACA VƏ TƏCAVÜZKARCA DİQTƏ ETMƏ SİYASƏTİDİR.
Əgər bir Darvinst elmi bir konfransa sübutlarla deyil afişalarla, səs-küylə gəlirsə, təkamül əleyhdarlarına hücum edib onları susduracağını zənn edirsə, elmi bir konfransdan polis nəzarətində uzaqlaşdırılırsa bu Darvinizmin əsl üzünü görmək üçün yetərlidir. Darvinizmin dağıdılması xəbəri Darvinistlərin arasında inanılmaz bir təlaş yaratmışdır. Bu Allahın qanunlarıdır. Hər şeydən xəbərdar olan Rəbbimiz bir ayəsində iman edənlərin hər zaman qalib gələcəyini bildirməkdədir:
Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadələ, 21)

Aucun commentaire:

Enregistrer un commentaire