İndiki dövrdə düşüncə tərzindən, ictimai statusundan, millətindən, irqindən və ölkəsindən asılı olmayaraq bütün insanlara əzab və iztirab verən sıxıntıların hamısının mənbəyi Allaha olan səmimi imanın , candan bağlılığın və təslimiyyətin tam olaraq yaşanmamağından irəli gəlir. Təkamül nəzəriyyəsinin köməkliyi ilə 1800-cü illərin ortalarından etibarən insanların Allaha duyulan imandan vədin əxlaqından addım ba addım uzaqlaşdırılmaları birbirinin ardınca yaşanan böyük fəlakətlərə səbəb olmuşdur.
Fərqli millətlərdən və irqlərdən olan insanlara dəyər verməyib, sanki onları bir növ heyvan olaraq görüb kölələşdirən və bütün təbii sərvətləri istismar edən imperializm; guya insanlara xoşbəxtlik gətirəcək onları daha çox inkişaf etdirəcək tək yolun müharibələrin, qarşıdurmaların və qanlı qiyamların olduğunu müdafiə edən kommunizm; insanları kəllə sümüklərinin ölçülərinə görə qiymətləndirən, digər irqlərə və cəmiyyətlərə isə məhv ediləcək düşmən gözüylə baxan faşizm və bu tərz ağla, vicdana və elmə zidd olan bütün ideologiyalar Darvinizmdən dəstək alıb güclənmiş və dünyanı sanki bir qan gölünə çevirmişdirlər.
Bənzər şəkildə heç kimin heç kəsə güvənməməyini təlqin edən, bütün insanların bir birilərinə şübhə ilə yanaşmasına səbəb olan, heç kəsin bir başqasını ürəkdən sevməsinə imkan yaratmayan, haqlı olanın deyil güclü olanın üstün olduğu yalanını təlqin edən dünya görüşünün təməlində isə insanların kor təsadüflər nəticəsində meydana gəldiyini və etdiklərinə görə heç kimə hesab verməyəcəkləri yalanını müdafiə edən Darvinizm vardır.
Dini izah edərkən əvvəlcə adamın imanını yaxşıca gücləndirmək lazımdır, imanın zövqünü alan adam coşquyla dini yaşamağa başlayar.
Adnan Oktarın 8 May 2010 tarixli Kocaeli TV reportajından
Bu gün dəccaliyyət Darvinizm və materializmi mövcud olan bütün texniki və texnoloji imkanlardan istifadə edərək yaymaqda və dəstəkləməkdədir. Dəccaliyyət qəzetləri, jurnalları, televiziyaları, radioları, kino filmlərini, interneti istifadə edərək dinsizliyi təlqin etməkdə və guya elmi dayaq olaraq Darvinizmdən istifadə edərək dinsizliyə dəstək verməkdədir. Və bununla bərabər İslam aləmini də əsarət altına almış və böyük əzablar yaşatmaqdadır.
Dəccaliyyətin bu qədər aktiv fəaliyyət göstərdiyi bir mühitdə edilməsi tələb olunan ən vacib iş isə insanların səmimi olaraq Allahın varlığına və birliyinə iman etmələrinə vəsilə olmaqdır. Təhqiqi olaraq, yəni tam vicdani yöndən imanın hakim olması, bütün bu əzabların və çətinliklərin dərhal ortadan qalxmasının ən vacib yoludur. İnsanlar səmimi olaraq iman etdikləri, Allaha qəlbən bağlanıb sevdikləri halda dünyanın sanki cənnət gözəlliyinə qovuşacağı açıqca görünəcəkdir. Çünki səmimi qəlbdən olan iman, sevginin, sevincin, dincliyin, gözəlliyin, estetikliyin, keyfiyyətin, zadəganlığın tam mənasıyla yaşanması deməkdir. Təhqiqi imanın olduğu yerdə sənət olar, elm olar, inkişaf olar, barış olar, hər şeyin ən gözəli olar.
Bunun üçün ilk öncə insanların batil bir din olaraq sığındıqları bir bütpərəst dini olan Darvinizm yalanı fikrən ortadan qaldırılmalı və bununla bərabər Allahın açıq-aşkar varlığının saysız hesabsız dəlillərinin yəni iman həqiqətlərinin ən gözəl, ən təsir edici şəkildə izah edilməsi lazımlıdır. Ancaq belə bir iş görülərkən elmi və ağıllı bir üslubdan istifadə edilməsi son dərəcə əhəmiyyətlidir.
Əsas olan insanların imanlarının qurtarılmasıdır. Bunun üçün iman həqiqətləri çox gözəl bir nemətdir.
Adnan Oktarın 4 Sentyabr 2010 tarixli Kocaeli TV reportajından
Ağla və məntiqə uyğun gəlməyən, süni, həqiqətdən uzaq, səmimiyyətsiz izahatlar insanlara mənfi təsir edər və onları Allahdan vədindən daha da uzaqlaşdıra bilər. Bu səbəblə də Müsəlmanlar dini təbliğ edərkən sahib olduqları vaxt və imkanı ən gözəl şəkildə qiymətləndirməli, insanların Elmihallardan, Fiqhi kitablarından və digər İslami qaynaqlardan asanlıqla öyrənə biləcəkləri mövzular yerinə onlara Allahı sevdirəcək, Allahdan səmimi olaraq qorxmalarına vəsilə olacaq, Allah üçün yaşamanın zövqünü qavramalarını təmin edəcək mövzuların izah edilməsi çox vacibdir. Müsəlman, elmin ortaya qoyduğu bütün məlumatlarda nə nağıl şəkildə istifadə edərək inkarın Darvinizm bütünü qırıb yox edəcək mədəniyyətə və məlumata sahib olmalıdır. Elmin hər sahəsindən məlumatı olmalı, bunları Allahın dini üçün ən effektiv şəkildə istifadə etməyi bilməlidir. Allahın varlığının dəlillərini də ən hikmətli, ən heyrətamiz, ən təsir edici şəkildə, texnoloji imkanlardan istifadə edərək ən gözəl şəkildə izah edə bilməlidir.
İmansızlığın insanlığa böyük fəlakətlər gətirdiyi bir dövrdə, hər şeydən əvvəl insanların imanına vəsilə olmaq və imanlarını sağlamlaşdırmaq var ikən, əhəmiyyətsiz mövzulara vaxt və imkan ayırmaq ağıl sahibi insanın edəcəyi iş deyil.
Aucun commentaire:
Enregistrer un commentaire